Ermənilər Qarabağda məskunlaşmaq üçün vəsait axtarırlar

Hal-hazırda Laçında 10 min adam yaşayır…

Hal-hazırda Laçında 10 min adam yaşayır.

Dağlıq Qarabağın “baş naziri” Ara Artunyan onlayn konfrans zamanı diqqətçəkən bəyanat verib. O, Dağlıq Qarabağa yaxın ərazilərdə məskunlaşma proqramı barədə danışıb.

Oxu.Az Haqqın.az-a istinadən xəbər verir ki, Turan agentliyinin məlumatına görə, Artunyan deyib ki,  proqram davam edir, amma onun intensivləşdirilməsi üçün vəsait lazımdır. Bununla əlaqədar 2013-cü ildən dövlət lotereyası oynanılır, əldə olunan vəsait Kaşatax (Laçın) və Şaumyan rayonlarında məskunlaşmya sərf ediləcək.

Onun sözlərinə görə, hal-hazırda Laçında 10 min adam yaşayır. 

Qeyd edək ki, Qarabağətrafı ərazilərin məsələsi bütün münaqişənin həlli üçün əsas məqamdır. Bu ərazilərə əhalini köçürən erməni tərəfi beynəlxalq vasitəçilərin məsələni həll etmək üçün ərazini tərk etmək prinsiplərinə saymazyana yanaşırlar.  

www.oxu.az