Ermənistan silahlıları dörd istiqamətdə atəşkəsi pozublar

Ermənistan silahlıları dörd istiqamətdə atəşkəsi pozublar…

Ermənistan silahlıları dörd istiqamətdə atəşkəsi pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

/Trend/