Eşton Karter ABŞ-ın müdafiə naziri ola bilər

ABŞ-ın müdafiə nazirinin keçmiş müavini Eşton Karter Çak Heygeli əvəz edə bilər…

ABŞ-ın müdafiə nazirinin keçmiş müavini Eşton Karter Çak Heygeli əvəz edə bilər.

 

Publika.az-ın məlumatına görə, Eşton Karterin adı müdafiə naziri vəzifəsini tutacaq namizədlər siyahısında ən realı hesab olunur.

 

Ağ Evin sözçüsü Coş Ernst bunun hələ elan edilmədiyini bildirsə də, Karterin bu yüksək vəzifəni tutmaq üçün ən real namizədlərdən biri olduğunu deyib.

 

Coş Ernst Karterin bundan öncə də  müdafiə nazirinin müavini vəzifəsinə Senatda tərəddüdsüz təsdiq edildiyini xatırladıb.

 

İxtisasca fizik olan 60 yaşlı Eşton Karter ABŞ-ın milli təhlükəsizlik sahəsində yaxşı tanınan siyasi fiqurdur. O, Pentaqonda işlədiyi müddətdə silah satşışı ilə bağlı məsələlərə görə məsuliyyət daşıyıb. Lakin iki il bundan əvvəl cənab Obama Senat üzrə həmkarı Çak Heygeli müdafiə naziri elan edərkən onun adı çəkilməyib.

 

Eşton Karter Çak Heygel və ondan əvvəl Leon Panettanın müavini olub. Heygelin müavini kimi o, 600 milyonluq büdcə və 2,4 milyon mülki və hərbi personala görə məsuliyyət daşıyıb.

 

Eşton Karter silahlı qüvvələrdə heç vaxt xidmət etməsə də, təhlilçilər onun müasir silahlara dair dərin biliyə malik olduğunu bildirir. 

 

/Publika/