PRESS-RELİZ

PRESS-RELİZ

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin HüquqlaınınMüdafiəsi” İctimai Birliyi “Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurası”-nın maliyyə dəstəyi ilə “Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlar arasında seçici fəallığının artırılması”  layihəsi çərçivəsində  Ağdam rayonunda məlumatlandırma sessiyası keçirib. Layihənin keçirilməsində məqsəd cəbhəyanı bölgələrdə yaşayan vətəndaşları seçici qanunvericiliyi sahəsində maarifləndirmək, habelə yaradılmış bələdiyyələrin hüquq və vəzifələrini vətəndaşlara  aşılamaqdan ibarətdir. Görüş zamanı iştirakçılaravə ilk dəfə seçkilərdə iştirak  edəcək şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş seçici hüquq və vəzifələri çatdırılmış, seçki prosesi haqqında məlumatların əldə edilmə qaydası, habelə seçki prosesinin mərhələləri, bələdiyyələrin sosial öhdəlikləri və vəzifələri,  bələdiyyələrə müraciyyətlərinünvanlandırılması  və həmin müraciyyətlərə baxılması qaydaları  barədə geniş informasiya verilib. Qeyd edək ki, layihə çərçivəsində növbəti görüşlər Füzuli və Beyləqan rayonlarında təşkil olunacaq.

 

PRESS-RELİZ

 

 

 

 

 

 

 

 

 

PRESS-RELİZ