Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlar arasında seçici fəallığının artırılması” layihəsi uğurla başa çatıb

Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlar arasında seçici fəallığının artırılması” layihəsi uğurla  başa çatıb

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi 2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır. Birliyin əsas məqsədi Azərbaycan Respublikası və xarici ölkələrdə miqrant, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə əlaqədar şəraitin müntəzəm müşahidəsini təşkil etməkdən ibarətdir. Təşkilat fəaliyyəti dövrü ərzində bir sıra layihələr, çox saylı tədbirlər və görüşlər həyata keçirmişdir. Həmçinin ictimai birliyin 2014-cü ildə reallaşdırdığı “Müharibə Mənim Gözümlə” adlı yazı müsabiqəsi öz növbəsində böyük ictimai maraqı özünə cəlb etməyi bacarmışdır.

Nəzərinizə çatdırmaq istərdik ki, “Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”-nın 2014-cü ildə elan etdiyi 2-ci qrant müsabiqəsində ictimai birlik iştirak etmişdir və müsabiqəyə təqdim etdiyi “Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlar arasında seçici fəallığının artırılması” layihəsi uğur qazanmışdır.

Layihə 2014-cü ilin avqust-oktyabr aylarını əhatə etmişdir. Layihə 3 cəbhəyanı bölgədə - Ağdam, Füzuli və Beyləqan rayonlarını həyata keçirilmişdir.  Layihənin əsas məqsədi cəbhəyanı bölgələrdə yaşayan vətəndaşları seçici qanunvericiliyi sahəsində maarifləndirmək, habelə yaradılmış bələdiyyələrin hüquq və vəzifələrini vətəndaşlara  aşılamaqdan ibarət olmuşdur. Məlumatlandırma sessiyaları zamanı iştirakçılara qanunvericilikdə nəzərdə tutulmuş seçici hüquq və vəzifələri çatdırılmış, seçki prosesi haqqında məlumatların əldə edilmə qaydası, habelə seçki prosesinin mərhələləri, bələdiyyələrin sosial öhdəlikləri və vəzifələri,  bələdiyyələrə müraciətlərin ünvanlandırılması  və həmin müraciətlərə baxılması qaydaları  barədə geniş informasiya verilmişdir.

Qeyd edək ki, layihənin davamlılığını təmin etmək məqsədi ilə bu səpkidə tədbirlərin və görüşlərin həyata keçirilməsi davam etdiriləcək.