“Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin redaktoru Pakistanın Azərbaycandakı səfiri ilə gorüşmüşdür

“Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin redaktoru Pakistanın Azərbaycandakı səfiri ilə gorüşmüşdürBu gün Pakistanın Azərbaycandakı səfiri cənab İnayətullah Kakarın təşəbbüsi ilə “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin redaktoru Qədir Nəsirov onunla səfirliyin igamətgahında görüşmüşdür.
Q.Nəsirov səfirə dəvəti üçün təşəkkürünü bildirmiş, ona müstəqil Azərbaycan Respublikası, xüsusən onun Qarabağ problemii haqqında “Azərbaycanda Miqrant və Məcburi köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai birliyi, onun fəaliyyəti, ““Qolos Karabaxa”-“Voice of Karabakh” qəzeti barəsində müəyyən məlumatlar vermişdir...

İctimai Birlikdə Azərbaycan diasporası nümayəndəsi ilə görüş keçirilmişdir.

İctimai Birlikdə Azərbaycan diasporası nümayəndəsi ilə görüş keçirilmişdir.15 noyabr 2011-ci il tarixdə “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai (İB) ofisində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Azərbaycan diaspora təşkilatının sədr müavini Sabir Məsimovla görüş keçirilmişdir.
Qeyri-Hökumət təşkilatının həmtəsisçiləri – İB-nin sədri professor Nadir Abdullayev və “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin redaktoru Qədir Nəsirov qonağa İB-nin həyata keçirdiyi işlər, həmçinin Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsindəki fəaliyyəti və bu sahədə İB-nin orqanı olan adı çəkilən qəzetin rolu barəsində ətraflı məlumat vermişlər...

Bakıda “Miqrantların qeydiyyat problemləri” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Miqrantların qeydiyyat problemləri” mövzusunda dəyirmi masa keçirilibAzərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi “Miqrantların qeydiyyat problemləri” mövzusunda dəyirmi masa keçirib. Təşkilatın sədri Nadir Abdullayev deyib ki, bu gün dünya əhalisinin 3 faizi miqrantdır və bu problem Azərbaycandan da yan keçməyib. O, hazırda Azərbaycanda Çin, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən çoxlu sayda miqrantın məskunlaşdığını deyib: “Əldə olunan rəsmi məlumatlara görə, ölkənin 970 müəssisəsində rəsmi olaraq 8166 əmək miqrantı çalışır. Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətində 1000 çinli miqrant qeydiyyatdan keçsə də, ekspertlər bu rəqəmin 6 dəfə çox olduğunu deyirlər”...

Şamaxıda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

Şamaxıda beynəlxalq elmi-praktik konfrans keçirilmişdirDünən Şamaxı rayonunda "Şərədil" İstirahət Mərkəzinin konfrans zalında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıın təşkilatçılığı ilə "Azərbaycanda erməni vəhşilikləri - Şamaxı soyqırımı (1918 - ci il)" layihəsi çərçivəsində "Şamaxı soyqırımı (1918-ci il)" mövzusunda beynəlxalq elmi - praktik konfrans keçirilmişdir...

«Laçın qədim Azərbaycan diyarıdır» mövzusunda Dəyirmi Masa keçirildi

«Laçın qədim Azərbaycan diyarıdır» mövzusunda Dəyirmi Masa keçirildi14 may 2010-cu il tarixdə «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» (AMMKHM İB) və «Azərbaycan İşğal Olunmuş Ərazilərinin Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilati» İctimai Birliklərinin «Laçın qədim Azərbaycan diyarıdır» mövzusunda keçirdikləri Dəyirmi Masanın

Press-Relizi