Müdafiə Nazirliyi cəbhədə atışma ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi cəbhədə atışma ilə bağlı məlumat yayıb

Mövqelərimiz atəşə tutulub.

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 75 dəfə pozulub.

Müdafiə Nazirliyindən Oxu.Az-a bildiriblər ki, erməni silahlı bölmələri Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Mərzili, Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 

Düşmən cavab atəşi ilə susdurulub.


www.oxu.az