“Qarabağ münaqişəsi barədə həqiqətlər artıq dünya ictimaiyyətinə məlumdur”…
“Qarabağ münaqişəsi barədə həqiqətlər artıq dünya ictimaiyyətinə məlumdur”.
Fransa senatının Fransa-Qafqaz Dostluq Qrupu sədrinin müavini, senatorNatali Qulenin “Mediapart” mətbu orqanında “Dağlıq Qarabağ münaqişəsindən pis istifadə etmə” adlı məqaləsi dərc olunub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yazıda ölkəmizə qarşı qərəzli mövqe tutan Fransa Milli Assambleyasının ermənipərəst deputatlarına tutarlı cavab verilib.
Natali Qule Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin artıq dünya ictimaiyyətinə məlum olduğunu qeyd edib.
Senator işğal altındakı ərazilərin Azərbaycanın əzəli torpaqları olduğunu diqqətə çatdırıb, ATƏT-in Minsk qrupunun münaqişəni sülh yolu ilə həll etməyə çalışdığını vurğulayıb.