Fransanın sabiq xarici işlər naziri Über Verdin ADA Universitetinin tələbələri ilə görüşüb və “Soyuq müharibədən sonra dünyada baş verən hadisələrə Fransanın yanaşması ” mövzusu ətrafında çıxış edib…
Fransanın sabiq xarici işlər naziri Über Verdin ADA Universitetinin tələbələri ilə görüşüb və “Soyuq müharibədən sonra dünyada baş verən hadisələrə Fransanın yanaşması ” mövzusu ətrafında çıxış edib.
Trend-in ADA Universiteti Kommunikasiya Departamentinə istinadən verdiyi məlumata görə, ADA Universitetinin ənənəvi Qlobal Perspektivlər Mühazirələr Silsiləsi çərçivəsində baş tutan görüş zamanı Vedrin dünya ictimaiyyətini narahat edən və gündəmi məşğul edən bir sıra problemlərə və məsələlərə toxunub. Ukraynada baş verən son hadisələr, Krım və Rusiya məsələsinə diqqət çəkən Nazir bu kimi halların davam edəcəyi təqdirdə Qərbin Rusiyaya təzyiqlərinin artacağını bildirib.
Tələbələrin qondarma “erməni soyqırımı “nın Fransa parlamenti tərəfindən tanınmasına dair suallarını cavablandıran Vedrin bunu Fransada erməni lobbisinin daha güclü olması ilə əsaslandırıb. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransanın sülh prosesinin irəliləyişi üçün gördüyü işlər barədə məlumat verib.
Milli.Az