Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatı aparılacaq

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Dövlət Sərhəd Xidmətinin sifarişi üzrə Füzuli rayonu ərazisində minatəmizləmə əməliyyatı aparacaq. Bu barədə APA-ya ANAMA-nın direktoru Nazim İsmayılov məlumat verib…

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Dövlət Sərhəd Xidmətinin sifarişi üzrə Füzuli rayonu ərazisində minatəmizləmə əməliyyatı aparacaq. Bu barədə APA-ya ANAMA-nın direktoru Nazim İsmayılov məlumat verib. N. İsmayılovun sözlərinə görə, Ermənistan ordusunun işğalından azad olunmuş bu ərazidə vaxtı ilə hərbçilər tərəfindən minaların təmizlənməsinə baxmayaraq, mina və partlamamış hərbi sursatların olduğu ehtimal edilir.

ANAMA direktoru yaxın vaxtlarda əməliyyatlara başlanacağını bildirib. /APA/