Fevralın 19-da Gəncədə Gürcüstan Baş konsulluğunun rəsmi açılış mərasimi keçirilib…
Fevralın 19-da Gəncədə Gürcüstan Baş konsulluğunun rəsmi açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Maya Pancikidze və Əhməd Davudoğlu iştirak ediblər.
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bildirib ki, Baş konsulluğun açılması iki ölkənin xalqları arasında dostluğun daha bir sübutudur: “Bu, ticari-iqtisadi əlaqələri və xalqlar arasında münasibətləri daha da yaxşılaşdırmağa imkan verəcək “.
Qeyd edək ki, Gəncədə 3 ölkənin XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib. Gəncədə Türkiyənin də Baş konsulluğu fəaliyyət göstərir.
/Trend/