Gənclər Qaradağlını unutmadılar

17 fevral 1992-ci il – bu tarix bəziləri üçün adi görünsə də, şəhid uşaqlarının həyatını tamamən dəyişəcəyi gün idi…

17 fevral 1992-ci il – bu tarix bəziləri üçün adi görünsə də, şəhid uşaqlarının həyatını tamamən dəyişəcəyi gün idi . Heç bir kömək olmadan 4 il 4 gün düşmənlə mübarizə aparan, torpağını son damla qanına kimi müdafiə edən Qaradağlı igidləri güllələri tükəndiyindən mühasirədən çıxa bilmirlər. 140 yaxın körpə `Şəhid uşağı` adını alır. Bu ad onlarda qürur hissi doğursa da, hər zaman valideynsizliyin əzabını yaşadıb. Hadisələrdən 22 il ötsə də, şəhid uşaqlarının yaraları hələ də qaysaq bağlamayıb. Valideynlərini görənlər onları təxəyyüllərində canlandırmağa çalışsalar da, o vaxt hələ 3 aylıq olan körpələr bundan da məhrum edilib. Bu 22 ildə onları anlamağa, dərdlərinə şərik çıxmağa çalışmışıqmı?

Hadisələri olduğu kimi, heç bir təhrif olmadan dünya ictimaiyyətinə çatdıra bilək deyə Qaradağlı gənci Röya Qarabağlının ssenari müəllifliyi , Sadiq Fərzəlibeylinin rejissorluğu ilə `Qara Dagli` sənədli filmini ekranlaşdırılıb. Film Şəhid uşaqlarının dili ilə anladılıb. Gəlin onları dinləməyi bacaraq.

 

 

Bu şanlı tarixi təhrif etmək olmaz.