Yazıçı Günel Mövlud “hörmətli erməni xalqı” başlığı ilə ermənilərə məktub yazıb…
Yazıçı Günel Mövlud “hörmətli erməni xalqı” başlığı ilə ermənilərə məktub yazıb.
Məktubda ilk öncə özünün də Cəbrayıl rayonundan qaçqın düşdüyünü diqqətə çatdıran G.Mövlud daha sonra ənənəvi mövqeyinə sadiq qalaraq Azərbaycan hakimiyyətinin ünvanına şər-böhtanlar səsləndirib.
Məktubunda Əkrəm Əylisliyə haqq qazandıran G.Mövlud Azərbaycan ziyalıları, dövlət məmurlarının, ictima-siyasi xadimlərinin əleyhinə kompromat, böhtan dolu fikirlər yazaraq erməniləri “dərdli xalq” kimi qələmə verir.
Məktub Xocalı facisəni, eləcə də Qarabağda həyata keçirilən erməni terrorunu yaddaşlardan silməyə yönəlib. SİTAT: “qarabağlı ermənilərin öz xalqnın başına gətirdiyi oyunlara, zülmə çəkdiyiniz məşəqqətlərə, yaşadığınız iztirablara görə bir qarabağlı kimi sizdən üzr istəyirəm”.SİTATIN SONU.
Məktubda “qarabağlı ermənilər” ifadəsi məqsədli şəkildə işlədirilərək fikri yayındırmaq üçün istifadə olunub. Dolayısı ilə, elə Ermənistanda yaşayan ermənilərdən də üzr istəyən G.Mövluda sual vermək lazımdır: “Kim kimdən üzr istəməlidir, erməni azərbaycanlıdan, yoxsa azərbaycanlı ermənidən?”.
Əgər bunu G.Mövuld kimi azərbaycanlı edibsə, onu başa düşmək də olar. Çünki o bir müddət öncə erməni saytlarına açıqlama verərək ermənilərə rəğbətini ifadə etmişdi.
/Oxu.az/