Günel Mövlud- satılmış şəxsiyyət! SORĞU

Son dövrlər bəzi şəxslər xarici ölkələrdə siyasi sığınacaq almaq üçün Azərbaycan dövləti və xalqı əleyhinə müəyyən ittihamlar və iddialar irəli sürürlər…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “Günel Mövludun ermənilərdən üzr istəməsi azərbaycanlıya yaraşan addım deyil. Məlum məsələdir ki, o bunu öz məqsədləri üçün edir. Necə ki, Güneldən qabaq Əkrəm Əylisli kitab yazmaqla nəsə əldə etmək istəyirdi. Son zamanlar tək Azərbaycanda deyil, digər ölkələrdə də bu cür tendensiyaların şahidi oluruq. Türkiyədə və digər ölkələrdə də bu cür halları görmək mümkündür. Bu cür insanlar nəsə əldə etmək üçün dövlətinə, xalqına, millətinə qarşı çıxmağa başlayıb. Təbii ki, bütün bunlar həmin insanların müəyyən dairələrdən nəsə əldə etmək istəyinə görə həyata keçirilir. Bu tendensiyanı davam etdirən Günel Mövlud da hazırda yaşadığı Almaniyadan və ya orada fəaliyyət göstərən erməni diasporlarından nəsə əldə etməyə çalışır. Ona görə də bu cür absurd fikirlər yaymaqla, diqqəti özünə cəlb etmək niyyətindədir. Onun bu addımı ağlı yerində olmayan bir şəxsin sərsəm düşüncələrinin məhsulu kimi qiymətləndirilməlidir”.

 

 

 

 

 

 

 

 

 

 

 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Nəzərinizə çatdırım ki, Günel Mövlud Azərbaycanda yaşadığı dövrdə də qalmaqallı mülahizələrlə, fikirlərlə gündəmə gəlməyə çalışıb. Lakin onun fikirlərində fundamental dəyişiklik son dövrlərdə başladı. Bu da təbii ki, məqsədli şəkildə idi. O dövrə qədər Günel nə Dağlıq Qarabağ münaqişəsi, nə də siyasi proseslərlə bağlı fikir və ya ifadə işlətməyib. Bu məsələlərə neytral qalmağa çalışıb. Lakin ölkəni tərk edəndən sonra tamamilə fərqli bir mövqedən çıxış etməyə başladı. Bunu etməkdə onun öz maraqları var. O, ilk növbədə Almaniyadan sığınacaq almaq niyyətindədir. Ona görə də o bu cür fikirlər səsləndirməklə guya, Azərbaycandan basqı aldığını ortaya qoymaq istəyir. Günel təqibə məruz qalan zavallı obrazı yaratmağa çalışdı. Bu hərəkəti ilə görünür, erməni diasporunun da diqqətini özünə cəlb etmək istəyir. Artıq bu ənənədən yararlanan bir çox insanlar var. Öz xalqına qarşı ittihamlarla çıxış edən insanlar nəyəsə nail olmağa çalışırlar.

Günelin yazdıqları bərbad üslubdadır və heç bir məntiqə əsaslanmır. Adamın nəyə görə üzr istədiyi belə aydın deyil. Ona görə ki o, səviyyəsiz yazardır. Onun yazı üslubu yoxdur”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Paralel” Qəzetinin baş redaktoru Tapdıq Abbas: “Günel Mövlud ağlı, psixoloji vəziyyəti normal olmayan insandır. Bu addımı yalnız bu cür insan ata bilər. Mən çox təəssüf edirəm ki, Günel Mövlud absurd fikirlər yayaraq diqqəti cəlb etmək istəyir. Yazıçı olmaq olar, amma bu o demək deyil ki, sən yaxşı insansan. Qələmə aldığı məqalədə ermənilərdən üzr istəməsi, onun müəyyən çevrələrdən yardım alacağına ümid bəslədiyini göstərir. O, Almaniyadan sığınacaq almağa çalışır. Bu cür fikirlərlə bildirmək istəyir ki, guya Azərbaycan tərəfindən ona təzyiqlər var və o, geri qayıda bilməz. O, vətəninə, millətinə satqın bir insandır. Təbii ki, hər kəs kimi mən də bu addımı çox pisləyirəm. Onun bu hərəkətləri hər zaman qınanacaq”.

 

/sia/