ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), İqor Popov (Rusiya) və Ceyms Uorlik (ABŞ) regiona səfəri çərçivəsində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər və Laçın rayonlarına səfər etməyi planlaşdırırlar…
ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), İqor Popov (Rusiya) və Ceyms Uorlik (ABŞ) regiona səfəri çərçivəsində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər və Laçın rayonlarına səfər etməyi planlaşdırırlar.
Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr C.Uorlik öz “twitter ” səhifəsində yazıb.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər. Həmsədrlərin səfərinin məqsədi faktaraşdırıcı missiyadır.
Milli.Az