Əsgərimiz barmaqlarını itirdi…
Əsgərimiz barmaqlarını itirdi.
Azərbaycanda hərbi hissədə insident baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, 20 yaşlı Elmir Əkrəm oğlu Hüseynlinin əlində piyada əleyhinə minanın alışdırıcısı partlayıb.
Nəticədə iki barmağını itirən əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, E.Hüseynli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
/oxu.az/