İki milyon iraqlı məcburi köçkün olub

Beynəlxalq müşahidəçilər iraqda zorakılıqlar nəticəsində bu il iki milyondan çox insanın məcburi köçkün olduğunu bildirib…

Beynəlxalq müşahidəçilər iraqda zorakılıqlar nəticəsində bu il iki milyondan çox insanın məcburi köçkün olduğunu bildirib.

 

Publika.az-ın məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatı məcburi köçkünlərin böyük hissəsinin Nineva vilayətindən olduğu bildirib. Məlumata görə, vilayətdə məcburi köçkünlrin sayı bir milyona yaxındır. Ənbər vilayəti məcburi köçkünlərin sayına görə ikinci yerdə göstərilib.

 

Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi məlumata əsasən, məcburi köçkünlərin 47 faizi İraq Kürdüstanına pənah gətirib. Onların 45 faizi İraqın mərkəzində məskunlaşıb, digərləri isə ölkənin cənubuna üz tutub.

 

Qeyd edək ki, Nineva və Ənbər vilayətləri İŞİD-in əməliyyatları, eləcə də İraq təhlükəsizlik qüvvələri və ABŞ-ın başçılığı ilə koalisiyanın  əks əməliyyatlarına daha çox səhnə olub.

 

/Publika/