“Bölgədə coğrafi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir”…
“Bölgədə coğrafi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir”.
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən RuhaniTehranda görüşdükdən sonra birgə mətbuat konfransı keçiriblər.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, İrna agentliyinin verdiyi məlumata görə, Həsən Ruhani mətbuat konfransında regionda coğrafi sərhədlərin dəyişdirilməsinə reaksiya verib və bu kimi addımları qəbulolunmaz sayıb:
“Biz bütün varlığımızla hazırıq ki, regional problemləri, o cümlədən Qarabağ münaqişəsini beynəlxalq normalar və ədalət çərçivəsində həll edək. Bölgədə coğrafi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir”.
İran prezidenti dövlət başçısı İlham Əliyevlə apardığı danışıqlara toxunaraq, Azərbaycan prezidentinin İranın dinc nüvə proqramı sahəsindəki mövqeyini yüksək qiymətləndirib.