İraqda vəhhabilər oğurlanmış Azərbaycan vətəndaşlarını azad ediblər

Onlar yerli polisə təhvil verilib…

Onlar yerli polisə təhvil verilib.

İraqda 4 gün bundan öncə ölkənin şimalında tutulmuş 48 xarici inşaatçını yaraqlılar azad ediblər.

Oxu.Az Assoşeyted Press-ə istinadən xəbər verir ki, “İraq Şam İslam Dövləti”nin yaraqlıları Kirkuk şəhərinin yaxınlığında tikilən hospitalın tikintisində reyd keçiriblər və 60 xarici fəhləni oğurlayıblar. Verilən məlumatlara görə, oğurlananlar arasında Türkiyə, Pakistan, Banqladeş, Nepal, Azərbaycan və Türkmənistan vətəndaşları olub.

“Oğurlanan şəxsləri Kirkuk və Tikrit arasında yerləşən polis idarəsinə təhvil veriblər”, – agentlik polis generalı Torhan Abdelrahmanın sözlərinə istinadən xəbər verir.

İraqda vəziyyət iyun ayının əvvəlindən “İraq Şam İslam Dövləti” yaraqlı qruplarının Mosul və Tikrit şəhərlərini ələ keçirdikdən və Bağdada hücum edəcəklərini bəyan etdikdən sonra kəskin pisləşib. İraq hərbçiləri ekstremistlərin təzyiqi altında bu rayonları tərk edirdilər, bir çox hərbçilər əsir götürülərək qətlə yetiriliblər. 

www.oxu.az