Bunun üçün Elektron İnformasiya Sistemindən əmək müqaviləsi bildirişini çap etdirmək kifayətdir…
Bunun üçün Elektron İnformasiya Sistemindən əmək müqaviləsi bildirişini çap etdirmək kifayətdir.
Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron informasiya sisteminin tətbiqi nəticəsində işçi vətəndaşların bu və ya digər məsələlərlə əlaqədar iş yerləri və ya əmək haqları barədə arayış təqdim etmələri işi xeyli asanlaşacaq.
Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hər hansı vətəndaşla bağlanan əmək müqaviləsi barədə bildirişdə işçi ilə işəgötürən arasında əmək münasibətlərinin bütün şərtləri ilə yanaşı, müəyyən olunan əmək haqqı barədə məlumat da əksini tapacaq.
Vətəndaş bu və ya digər təşkilat tərəfindən onun əmək haqqı barədə məlumat istənildiyi zaman onunla bağlanmış və elektron informasiya sistemində mövcud olan əmək müqaviləsi bildirişini çap edərək həmin təşkilata təqdim edəcək.
Eyni zamanda, qeyd olunan bildiriş formasını vətəndaş həmin təşkilatın e-ünvanına da göndərə biləcək.
Həmçinin məlumatda qeyd edilib ki, Nazirlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” qərar layihəsinin hazırlanması işlini başa çatdırıb.