İsveçin Azərbaycandakı səfirliyi bu ilin birinci yarısında açılacaq

İsveçin Azərbaycandakı səfirliyi bu ilin birinci yarısında açılacaq. Bu barədə Trend-ə İsveç Krallığının Azərbaycandakı səfiri Mikael Erikson deyib…

İsveçin Azərbaycandakı səfirliyi bu ilin birinci yarısında açılacaq. Bu barədə Trend-ə İsveç Krallığının Azərbaycandakı səfiri Mikael Erikson deyib.

Diplomat bildirib: “Səfirliyimiz çox yaxın zamanda açılacaq. Bu barədə rəsmi məlumat növbəti günlərdə veriləcək “.

Qeyd edək ki, ötən il İsveç Xarici İşlər Nazirliyinin ticarət məsələləri üzrə baş katibi Qunnar Oomun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Qunnar Oom Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün işgüzar dairələr arasında təmasların artırılmasının əhəmiyyətini vurğulayaraq, İsveçin yaxın zamanda Bakıda öz səfirliyini açmaq barədə qərar verdiyini və bunun ölkəsinin Azərbaycana verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirib.

Hazırda İsveç Krallığının Azərbaycandakı səfiri Mikael Eriksonun iqamətgahı Stokholmda yerləşir.

 

Trend.az