İtaliyanın “Floornature” portalında Heydər Əliyev Mərkəzi ilə bağlı məqalə yerləşdirilmişdir…
İtaliyanın “Floornature” portalında Heydər Əliyev Mərkəzi ilə bağlı məqalə yerləşdirilmişdir.
Yazıda müasir Bakının ən möhtəşəm tikililərindən biri sayılan Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş bu fərqli arxitektura nümunəsi Azərbaycan paytaxtının mənzərəsinə daha da gözəllik qatır. Binanın daxili və xarici görünüşünün bir-birini tamamlaması diqqəti cəlb edən məqamlardandır.
Bakının öz möhtəşəm memarlıq abidələri və yeni tikililəri ilə seçildiyini vurğulayan müəllif bu şəhərin dünyanın müxtəlif ölkələrindən gələn turistlərin diqqətini cəlb etdiyini yazır. Heydər Əliyev Mərkəzi isə Azərbaycan paytaxtının müasir arxitektura tarixində yeni səhifənin açılmasına ən gözəl nümunədir.
Məqalədə sürətli inkişafın müşahidə olunduğu Azərbaycanda belə bir layihənin həyata keçirilməsinin heç də təsadüfi olmadığı diqqətə çatdırılır. Qeyd olunur ki, Avropaya inteqrasiya yolunu seçmiş bu ölkənin şəhərləri və rayonları getdikcə müasirləşir və yeni görkəm alır.
Yazıda “Eurovision-2012“ mahnı müsabiqəsinin keçirildiyi, dünyada bənzəri olmayan “Baku Crystal Hall”dan, müasir incəsənətin rəmzi sayılan “Alov qüllələri” kompleksindən də bəhs edilir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
AzərTac.az