Jan-Klod Minyon: AŞ-nin baş katibi seçilsəm, əsas prioritetlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq

“Avropa Şurasının baş katibi seçilsəm, əsas prioritetlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq “…

“Avropa Şurasının baş katibi seçilsəm, əsas prioritetlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq “. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyası çərçivəsində qurumun sədri qismində keçirdiyi son mətbuat konfrasında Jan-Klod Minyon (Jean-Claude Mignon) AŞ baş katibi postuna namizədliyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, bu münaqişə öz həllini tapmalıdır: “Bu, belə davam edə bilməz. Bu, təşkilatın 1949-cu ildə imzalanmış nizamnaməsinin ruhuna da uyğun deyil “.

/Trend/