Jirinovski məsələsi Milli Məclisdə

“Bir adam öz milliyyətini dana…”…

“Bir adam öz milliyyətini dana…”

Rusiya Federasiya Dövlət Dumasının vite-spikeri Vlaidimir Jirinovskinin növbəti sərsəm fikirləri Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub, eyni zamanda, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq münasibətlərinə öz mənfi təsirini göstərir.

Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bunu parlamentin aprelin 4-də keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı dilə gətirib.

Millət vəkili təklif edib ki, V.Jirinovskinin hərəkətləri ilə bağlı Rusiya Federasiyası Dövlət Dumasının rəhbərliyinə Azərbaycan parlamenti adından müraciət edilsin və bu müraciətdə həmin şəxsin hərəkətlərinin bu cür yanlış hərəkətlərinin, davranışlarının dayandırılması, qarşısının alınması tələb olunsun.

Buna cavabında spiker Oqtay Əsədov bildirib ki, V.Jirinovski ilə bağlı hər hansı bir müzakirəyə və müraciətə ehtiyac yoxdur.

“Jirinovskiyə Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov tərəfindən çox tutarlı cavab verilidi. Özünüz də görürsünüz ki, həmin gündən bu yana o heç nə danışmır. Birdə ki, bir adam öz milliyətini dana, ondan nə gözləyəsən?!” – deyə, spiker vurğulayıb.

www.oxu.az