“Dnestryanını da tanıyacağıq”…
“Dnestryanını da tanıyacağıq”.
Biz xalqın yeni dövlətin yaranmasının lehinə çıxış etdiyi yaxud Rusiya ilə birləşmək üçün səs verdiyi istənilən ərazini tanıyacağıq.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Dövlət Dumasında bildirib.
“Qarabağ Rusiyaya qoşulmaq istəyəcək – tanıyacağıq. Dnestryanını da tanıyacağıq. Və onların müttəfiq ölkələrin tərkibində olması qanuna ziddir, çünki SSRİ-nin tərkibindən qanuni şəkildə çıxmaq qaydasına görə, SSRİ-dən ayrılmaq istəyən respublikaların tərkibindəki muxtar respublikaların qalmaq hüququ olub”, – deyə, o, əlavə edib.
Xatırladaq ki, bu Vladimir Jirinovskinin Dağlıq Qarabağı Rusiyaya birləşdirmək istiqamətində ilk çağırışı deyil.