Jirinovskiyə Ukraynada qadağa qoyuldu

Ukrayna ərazisinə gəlməsinə qadağa qoyulanlar arasında yüksək vəzifəli şəxslər də var…

Ukrayna ərazisinə gəlməsinə qadağa qoyulanlar arasında yüksək vəzifəli şəxslər də var.

Krımın hərbi işğalı ilə bağlı prezident Vladimir Putinin qərarını dəstəkləyən Rusiya Federasiyasının 100-dən çox vətəndaşının Ukrayna ərazisinə gəlişinə qadağa qoyulub. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu haqda bu gün xalq deputatı Aleksandr Briqinets özünün Facebook səhifəsində Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb. 

Onun yazdığına görə, Ukrayna ərazisinə gəlməsinə qadağa qoyulanlar arasında Putinin köməkçisi Sergey Qlazyev, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski, Dumanın müdafiə komitəsinin üzvləri və Rusiya prezidentinin vəkil edilmiş şəxsi Viktor Vodolatski və digər yüksək vəzifəli şəxslər var.

Ukrayna Təhlükəsizlik Xidməti ölkə ərazisinə prezident Vladimir Putinin və Federasiya Şurasının bütün deputatlarının səfərinə qadağa qoyulmasını isə hələ ki, tez hesab edir.  

www.oxu.az