Kanada xarici işlər nazirinin Azərbaycana səfəri təxirə salınıb

Cim Flaertinin infarktdan vəfat etmişdir…

Cim Flaertinin infarktdan vəfat etmişdir.

Kanadanın xarici işlər naziri Con Beyrdin Azərbaycan Respublikasına rəsmi səfəri təxirə salınıb.

Bu barədə Oxu.Az-a Azərbaycan XİN-dən məlumat verilib.

Açıqlamada bildirilib ki, Kanadanın sabiq maliyyə naziri Cim Flaertinin vəfatı ilə əlaqədar bu ölkədə keçiriləcək dövlət anım tədbirində iştirakı səbəbindən Con Beyrdin Azərbaycana 13-14 aprel tarixlərində nəzərdə tutulmuş rəsmi səfəri təxirə salınıb.

Qeyd edək ki, Cim Flaertinin cümə axşamı Ottavada öz evində infarktdan öldüyü bildirilir.

www.oxu.az