Səfər çərçivəsində rəsmi görüşlər nəzərdə tutulur…
Səfər çərçivəsində rəsmi görüşlər nəzərdə tutulur.
Kanadanın xarici işlər naziri Con Beyrd aprelin 14-də Azərbaycana səfər edəcək.
XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində Con Beyrdin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur.