“Siz BMT-yə tərəfdar kimi tamamilə güvənə bilərsiniz”…
“Siz BMT-yə tərəfdar kimi tamamilə güvənə bilərsiniz”.
Ali Rada tərəfindən Ukrayna prezidenti s.i.e. Aleksandr Turçinov BMT-nin baş katibi Pan Qi Mun ilə söhbət zamanı BMT-nin sülhməramlı qüvvələrini ölkənin şərqində əməliyyata cəlb etməyi təklif edib, bu haqda məlumatı “Batkivşina” partiyasının mətbuat xidməti xəbər verib.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən bildirir.
“Əgər sizin köməyiniz ilə Şərqdə müştərək antiterror əməliyyatı keçirilərsə biz etiraz etmərik. Bu zaman müşahidəçilər fəaliyyətimizin hüquqiliyinin şahidi olacaqlar” – Turçinov vurğulayıb.
Pan Qi Mun öz növbəsində qeyd edib ki, Ukrayna hakimiyyəti Şərqdə və Cənubda vəziyyətin tənzimlənməsi üçün lazım olan addımları atıb.
“Həm sizə, həm də Ukrayna xalqına öz dəstəyimi ifadə etmək istərdim. Siz BMT-yə tərəfdar kimi tamamilə güvənə bilərsiniz. Məndən asılı olan hər şeyi edəcəm ki, vəziyyət sülh yolu ilə həll edilsin”, – BMT-nin baş katibi sözünü yekunlaşdırıb.
Qeyd edək ki, Ukraynanın sabiq baş naziri və prezidentliyə namizəd Yuliya Timoşenko dünya liderlərini Ukraynaya birbaşa hərbi yardım etməyə çağırıb.