Krımda Putinin adına şəhər olacaq

Şəhərin mərkəzi meydanında Putinə abidə qurulması da təklif edilib…

Şəhərin mərkəzi meydanında Putinə abidə qurulması da təklif edilib.

Bu təklif partiyanın Kerç şəhərində keçirilmiş mitinqində səslənib.

Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Kerçdə nümayişin keçirilməsi şəhərə Rusiya Nəqliyyat naziri Maksim Sokolovun səfər etməsinə təsadüf etmişdi.

Tribunadan çıxış edən şəhərin Krım tatarları icmasının nümayəndəsi “Simferopolun mərkəzi meydanında Putinə abidənin qurulmasını və Simferopol şəhərinə Putinin adının verilməsi” təklifini irəli sürüb.

Xatırladaq ki, bu ilin fevral ayında Krımda hökümət strukturları rusiyapərəst qüvvələrin nəzarəti altına keçmişdi. 

Simferopolda martın 6-da Krım parlamentinin üzvləri yarımadanın Rusiyaya birləşdirilməsinə səs veriblər.

Krımın müstəqilliyi və Rusiya tərkibinə daxil edilməsi məsələsi BMT–də yalnız 11 ölkə tərəfindən dəstəklənib.

www.oxu.az