Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun fəaliyyəti müsbət sayıla bilməz. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.
“20 ildən artıqdır ki, Minsk qrupu bu sahədə fəaliyyət göstərir, amma bu günə qədər qarşısına qoyduğu məqsədə nail ola bilməyib. Həmsədrlik institutuna gəldikdə, bu missiya ayrı-ayrı şəxslərə deyil, üç dövlətə mənsubdur. Azərbaycan cəmiyyətinin gözləntisi ondan ibarətdir ki, Minsk qrupu və onun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədər öz üzərlərinə götürdükləri missiyanı ləyaqətlə və layiqincə həyata keçirə bilsinlər “, – Əhmədov bildirib… Trend.az