Məcburi köçkün özünü öldürmək istəyir

Hazırda polis əməkdaşları onu fikrindən daşındırmaq üçün danışıqlar aparırlar.

Gəncə Dövlət Universitetinin yataqxanasında məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün intihar edəcəyini bildirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, beşinci mərtəbəyə çıxan kişi özünü oradan atacağı ilə hədələyir.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi, Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları onu fikrindən daşındırmaq üçün danışıqlar aparırlar.

/oxu.az/