“Məktəblilərin hərbi çağırışa hazırlıq prosesləri üçün çox böyük və geniş işlər nəzərdə tutulur. Artıq bu işlərə başlanılıb “. Trend-in məlumatına görə, bunu jurnalistlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib…
“Məktəblilərin hərbi çağırışa hazırlıq prosesləri üçün çox böyük və geniş işlər nəzərdə tutulur. Artıq bu işlərə başlanılıb “. Trend-in məlumatına görə, bunu jurnalistlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.
A.Rəhimov qeyd edib ki, bir müddət orta məktəblərdə şagirdlər çağırışaqədərki hazırlıq fənnindən bir qədər kənarda qaldı: “Xidmət yarandıqdan sonra isə görülmüş tədbirlər nəticəsində birgə tədbirlər planı hazırlanıb Təhsil Nazirliyinə təqdim edilib və həmin plana uyğun işlər həyata keçiriləcək. İlk öncə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması prosesində aktiv iştirak etmək, onları ordu sıralarına hazırlıqlı vəziyyətdə göndərmək, onlarla keçirilən dərslərdə hərbi hissələrdə hərbi xidmət dövründə tələb olunan vərdişləri onlara aşılamaq, onların fiziki cəhətdən sağlam olmaları, bir əsgər kimi hərbi xidmətə hazır olmaları üçün müvafiq tədbirlər həyata keçirmək, kiçik mütəxəsislərin hazırlanmasına diqqət yetirmək tədbirləri qarşımızda durur və həyata keçirilir. Bu işə çox ciddi yanaşılır ki, artıq problem olmasın “.
Qeyd edək ki, fevralın 13-ü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Prezident İlham Əliyev 2012-ci il fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında ” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycanın Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Bu münasibətlə Dövlət Xidmətinin əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
/Publika.az/