Malayziyanın Azərbaycanda səfirliyi açıldı

Bin Alvi gələcək fəaliyyəti haqqında məlumat verib…

 

Bin Alvi gələcək fəaliyyəti haqqında məlumat verib.

Malayziyanın Azərbaycanda yeni açılmış səfirliyinin müvəqqəti işlər vəkili Harris Bin Alvi Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) görüş keçirib.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Malayziya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Həmçinin Harris Bin Alvi Malayziyanın Azərbaycanda açılan səfirliyi və onun gələcək fəaliyyəti haqqında məlumat verib.

www.oxu.az