Maliyyə Nazirliyi ilk dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlayıb

Azərbaycan Maliyyə Nazirliyi 2014-cü ildə ilk (debüt) dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlayıb…

Azərbaycan Maliyyə Nazirliyi 2014-cü ildə ilk (debüt) dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlayıb.

 

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Maliyyə Nazirliyi 2014-cü il ərzində ABŞ dollarında ifadə olunan dövlət istiqrazlarının ilk emissiyası ilə bağlı “Barclays “, “Deutsche Bank ” və “Citi ” banklarını səlahiyyətləndirib. Müvafiq olaraq 2014-cü il 3 mart tarixindən başlayaraq bir sıra investorlarla görüşlərin təşkili nəzərdə tutulur.

 

Azərbaycan dünyanın aparıcı üç kredit reytinq agenliyinin – “Fitch ” (BBB-), “Moody`s ” (Baa3) və “Standard & Poor`s ” (BBB-) tərəfindən investisiya səviyyəli kredit reytinqinə malikdir.

 

/Trend/