Dövlət bu il qaçqınlara 225 milyon manat xərcləyəcək

Dövlət bu il qaçqınlara 225 milyon manat xərcləyəcək

Maliyyə Nazirliyi məlumat yaydı.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə, eyni zamanda kommunal xidmət haqlarının dövlət büdcəsi hesabına ödənilməsi məqsədli ilə 2015-ci ilin dövlət büdcəsində 224,5 milyon manat vəsait nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabında yer alır.

Xatırladaq ki, hazırda 1 milyondan çox qaçqın və məcburi köçkün respublikanın 68 şəhər və rayonunda 1600-dən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb.

www.oxu.az