Ancelina Coli qaçqın düşərgəsində olub

Ancelina Coli qaçqın düşərgəsində olub

“Vəziyyət adamı şoka salır”.

Amerikalı aktrisa Ancelina Coli suriyalı və iraqlı qaçqınların İraq Kürdistanında Dahik şəhərində yerləşən düşərgəsində olub. Bu barədə BMT-nin saytında xəbər verilib.

Qeyd edilib ki, Ancelina Colinin son dəfə 2014-cü ilin sentyabrında BMT-nin Ali Komissar İdarəsinin səfiri qismində səfərindən sonra Suriya və İraqda baş verənlərlə əlaqədar regionda humanitar vəziyyət kəskin şəkildə pisləşib.

Oxu.Az bu barədə Qazeta-ya istinadən xəbər verir.

“Keçən səfərimdən indiyə qədər humanitar vəziyyətin pisləşməsi məni şoka salır. İki milyon iraqlı 2014-cü ildə zorla evlərini tərk etməli olub”, - Ancelina Coli bəyan edib.

Daha öncə Ancelina Colinin Roma Papası ilə görüşdüyü bildirilmişdi.

 

/Oxu.az/