Millət vəkili Azərbaycanın Ukraynanı dəstəkləməsindən danışdı

“Qarabağla bağlı apardığımız siyasət iflasa uğraya bilərdi”…

“Qarabağla bağlı apardığımız siyasət iflasa uğraya bilərdi”.

Ukraynanın ərazi bütövlüyünü tanımasaydıq bizi dəstəkləyən və neytral yanaşan qüvvələr belə düşmənimizə çevriləcəkdi.

Oxu.Az xəbər verir ki, bunu SalamNews-a Milli Məclisin deputatı, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Ukrayna məsələsində Azərbaycanın tutduğu mövqeyə münasibət bildirərkən deyib.

O söyləyib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyü məsələsində başqa cür davrana bilməzdi. Bizim də belə problemimiz var:

“Hətta nə cür təzyiq olursa olsun, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməliyik. Burda tərəddüd yeri yoxdur. Çünki dəstəkləməməyimiz bizim Dağlıq Qarabağla bağlı 20 ildir apardığımız siyasəti iflasa uğrada bilərdi.

Onsuz da Rusiya hər zaman bizə Ermənistanı dəstəkləyən dövlət kimi düşmən münasibət bəsləyir. Ən azı dost münasibət bəsləmir. Azərbaycan hökumətinin bu addımı ağıllı addımdır. Məncə, başqa çıxış yolumuz yox idi. Bundan sonra da nə cür təzyiq olacaqsa ona sinə gərməliyik”.

www.oxu.az