Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatı dinlənilib

Aprelin 9-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyi təqdim edib.

Gündəlik təsdiq olunduqdan sonra çıxış edən Milli Məclisin Sədri bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni bir humanist addım atdığını bildirərək deyib: “Dövlət başçısının imzaladığı Sərəncama əsasən, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan 65 yaşından yuxarı 176 nəfər məhkum əfv edilib. Ölkə və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən bu tədbir, ilk növbədə, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətində insana və vətəndaşa qayğının dayandığını göstərməklə yanaşı, sübut edir ki, bu gün siyasi mənsubiyyətindən, əqidəsindən, cəmiyyətdə mövqeyindən, statusundan asılı olmayaraq, hər bir insanın həyatı və sağlamlığı dövlətimiz üçün ən böyük dəyərdir”.

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı görülən bütün işlərin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu söyləyən Sahibə Qafarova qeyd edib ki, həyata keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır. “Bir neçə gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Möhtərəm Prezidentimiz xalqa müraciətində koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında məlumat verdi. Dövlətimizin başçısının iki gün əvvəl imzaladığı digər bir Sərəncama əsasən, pandemiya şəraitində tibb müəssisələrinə tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə modul tipli 6 xəstəxananın quraşdırılması üçün dövlət büdcəsindən 15 milyon manata yaxın vəsait ayrılıb. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dünyada koronavirus pandemiyasına qarşı mübarizənin ön sıralarında dayanıb, bu sahədə beynəlxalq miqyasda göstərilən səylərə sanballı töhfə verir”, – deyə Milli Məclisin Sədri vurğulayıb.

Ölkədə iqtisadi fəallığın qorunması üçün görülən işlərdən bəhs edən Sədr Sahibə Qafarova bildirib ki, iqtisadi böhrana yol verməmək üçün lazımi tədbirlər görülür, orta və kiçik sahibkarlara şərait yaradılır, işçilərin ixtisar edilməsinin qarşısı alınır, aztəminatlı insanlara yardım göstərilir. O, həyata keçirilən bütün bu tədbirlərə görə Prezident İlham Əliyevə Milli Məclis adından təşəkkür edib.

Sədr qeyd edib ki, bu gün bəşəriyyətin qarşılaşdığı koronavirus pandemiyasını bir çoxları müharibə ilə müqayisə edir. Amma bu dəfə müharibədə insanlığa meydan oxuyan görünməz düşməndir. Azərbaycanda bu bəlaya qarşı mübarizədə həkimlər və tibb işçiləri, polis və gömrük xidməti əməkdaşları, sərhəd qoşunlarının əsgər və zabitləri, ön cəbhədə olan tibb işçiləri – həkimlər, tibb bacıları, hərbi tibb müəssisələrinin heyəti karantin rejimi şəraitində fədakarlıq göstərirlər. Onlar hər gün öz sağlamlığını təhlükə altına ataraq, bu bəladan qurtulmaq üçün əllərindən gələni edirlər. Biz onlara nə qədər təşəkkür etsək də, azdır.

Sonra Milli Məclisin deputatları pandemiyaya qarşı mübarizədə peşə və vətəndaşlıq borclarını şərəf və vicdanla yerinə yetirən bu fədakar insanları ayaq üstə alqışlayıblar.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Əvvəlcə “E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiqlənib.

Ona göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Elman Rüstəmov bu vəzifəyə ulu öndər Heydər Əliyev tərəfindən gətirilməsindən, son 17 ildə ölkəmizdə aparılan nəhəng quruculuq işlərində iştirak etməsindən şərəf duyduğunu vurğulayıb.

Daha sonra çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova deyib: “Konstitusiya Qanununa uyğun olaraq hər il yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilir. Ölkədə yaranmış epidemioloji vəziyyət səbəbindən və Nazirlər Kabinetinin təxirəsalınmaz problemlərlə məşğul olması ilə əlaqədar qərara alınıb ki, Baş Nazir və onun müavinləri, nazirlər, komitə sədrləri, digər qurumların rəhbərləri Milli Məclisin iclasında birbaşa iştirak etməsinlər. Amma burada səslənən bütün çıxışlar, fikirlər və suallar Nazirlər Kabinetinə göndəriləcək və onun fəaliyyətində nəzərə alınacaq.

Hörmətli deputatlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası 2019-cu ildə ölkəmizdə makroiqtisadi sabitliyin qorunmasını və möhkəmlənməsini təmin edib. Bu il yanvarın 13-də ötən ilin yekunlarına həsr edilmiş müşavirədə dövlətimizin başçısının dediyi kimi, “…bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşıya qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir”.

Ötən il dövlətin iqtisadi siyasətinin prioritetlərini iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması təşkil edilib. İdarəetmə və struktur islahatları, habelə vergi və gömrük sistemində islahatlar dərinləşdirilib, dövlət vəsaitlərindən istifadə sahəsində şəffaflıq, səmərəlilik və maliyyə intizamı gücləndirilib. Ölkənin strateji valyuta ehtiyatları artaraq 2019-cu ilin sonunda 51 milyard dollara çatıb.

Möhkəm iqtisadi və maliyyə bazasının yaradılması 4 milyon 200 min nəfəri əhatə edən 2,3 milyard manatlıq geniş sosial paketin həyata keçirilməsinə imkan verib. Minimum əməkhaqqının, sosial müavinətlərin, minimum pensiyanın, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqının, məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləğinin, digər sosial ödənişlərin artması əhalinin sosial müdafiəsinin güclənməsinə, kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun azalmasına təsir göstərib. Bu da vacibdir ki, əhalinin gəlirlərinin artım dinamikası inflyasiyanı bir neçə dəfə üstələyib.

Yaşadığımız günlərdə koronavirus pandemiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsir göstərib. Bu gün möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Hökumətin bu günlərdə təsdiq etdiyi iqtisadi artıma və sahibkarlığa dəstək proqramının həcmi 2,5 milyard manat və ya ümumi daxili məhsulun 3 faizini təşkil edir. Hesab edirəm ki, bu cür irimiqyaslı proqramın hazırlanması və icrasına başlanılması məhz əvvəlki illərdə, xüsusən 2019-cu ildə həyata keçirilmiş uğurlu sosial-iqtisadi siyasətin hesabına mümkün olub.

Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır. Hesab edirəm ki, bu gün keçirəcəyimiz müzakirələr də faydalı olacaq, Hökumətin fəaliyyətinin səmərəliyinin daha da artmasına öz töhfəsini verəcək”.

Daha sonra Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatı barədə çıxışının videoyazısı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyi təqdim edib.