Minsk qrupuna ABŞ-dan daimi həmsədr təyin edilməsi hökumətin diqqət mərkəzindədir

ATƏT-in Minsk Qrupuna ABŞ-dan daimi həmsədr təyin edilməsi Birləşmiş Ştatlar hökumətinin diqqət mərkəzindədir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. Səfir qeyd edib ki, ABŞ-ın dövlət katibi Con Kerri ümumilikdə Dağlıq Qarabağ məsələsi ilə yaxından maraqlanır…

ATƏT-in Minsk Qrupuna ABŞ-dan daimi həmsədr təyin edilməsi Birləşmiş Ştatlar hökumətinin diqqət mərkəzindədir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. Səfir qeyd edib ki, ABŞ-ın dövlət katibi Con Kerri ümumilikdə Dağlıq Qarabağ məsələsi ilə yaxından maraqlanır. Bu baxımdan o, ABŞ-dan olan daimi həmsədrin təyin olunmasına ümidvar olduğunu deyib.

Morninqstar, həmçinin Milli Demokratiya İnstitutu ilə bağlı məsələyə də toxunub. MDİ ilə bağlı məsələnin davam etdiyini deyən səfir uğurlu həll yolunun tapılacağına ümidvar olduğunu bildirib.

/Trend/