Minsk qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsinin həllinin üç əsas prinsipini açıqlayıb

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həllinin üç əsas prinsipini açıqlayıb…

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həllinin üç əsas prinsipini açıqlayıb. Bu prinsiplər güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir. Trend-in məlumatına görə, bunu amerikalı həmsədr Ceyms Uorlik öz Twitter səhifəsində yazıb.

C.Uorlik bildirib: “ABŞ Rusiya və Fransa ilə birgə Dağlıq Qarabağ münaqişəsinin güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında həlli üzərində işləməyə davam edir “.

/Trend/