ƏMƏK MİQRASİYASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ƏMƏK MİQRASİYASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUBu Qanun Azərbaycan Respublikasında əmək miqrasiyası proseslərinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir, əmək miqrasiyası sahəsində yaranan münasibətləri tənzimləyir.

I fəsil
ÜMUMİ MÜDDƏALAR

M a d də 1 əsas anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar aşa ğıdakılardır:
əmək miqrasiyası - fiziki şəxslərin əmək fəaliyyəti ilə məşğul olmaq üçün yaşayış yerini dəyişməsi;
daxili əmək miqrasiyası - fiziki şəxslərin əmək fəaliyyəti ilə məşğul olmaq üçün
Azərbaycan Respublikasının ərazisində yaşayış yerini dəyişməsi;
əməkçi miqrant - haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanuni əsaslarla
bir ölkədən başqa ölkəyə miqrasiya edən fiziki şəxs;
əməkçi miqrantın ailə üzvləri -əməkçi miqrantın arvadı (əri), 18 yaşına çatmamış uşaqları
və himayəsində olan valideynləri;
sərhədyanı əmək miqrasiyası - sərhədyanı yaşayış məntəqələrində daimi yaşayan şəxslərin əmək fəaliyyəti ilə məşğul olmaq üçün gün ərzində həmsərhəd dövlətin ərazisinə gedib -qayıtması;
əmək miqrasiyası kvotası -əmək fəaliyyətini həyata keçirmək üçün bir il ərzində
Azərbaycan Respublikasına gəlmələrinə icazə verilən əcnəbilərin və vətəndaşlı ğı olmayan
şəxslərin (bundan sonra -əcnəbi) sayının son həddiə

M a d də 2 əmək miqrasiyası haqqında qanunvericilik
əmək miqrasiyası haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının əmək Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericiliyindən və Azərbaycan Respublikasının tərəfdar çıxdı ğı dövlətlərarası müqavilələrdən ibarətdir.

M a d də 3 Bu Qanunun şamil edilmədiyi şəxslər
Bu Qanun aşa ğıdakı şəxslərəşamil edilmir:
işlədiyi ölkədə daimi yaşayanlara;
sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;
beynəlxalq müqavilələr əsasında yaradılmış təş kilatların rəhbər işçilərinə;
diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;
beynəlxalq təş kilatlarda işləyənlərə;
üç aydan çox olmayan müddətdə ezamiyyətdə olanlara;
müvafiq icra hakimiyyəti orqanı tərəfindən i şə cəlb edilənlərə;
dövlət qeydiyyatına alınmış dini təş kilat və cəmiyyətlərdə dini fəaliyyətlə məşğul olanlara;
kütləvi informasiya vasitələrinin akkreditə olunmuşəməkdaşlarına;
dənizçilərə;
idmançılara və incəsənət işçilərinə;əali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor -
müəllim heyətinə, mühazirəçilərə və elmi tədqiqat işləri aparan mütəxəssislərə.

I I fəsil
ƏCNƏBİLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINA ƏMƏK MİQRASİYASI

M a d də 4 əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə ba ğlı əsas şərtlər
18 yaşına çatmışəmək qabiliyyətli hər bir əcnəbi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaq üçün Azərbaycan Respublikasına gələ bilər.
əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən pe şə hazırlı ğına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudlu ğundan, məşğulluq xidməti
orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.

M a d də 5 əcnəbilərin Azərbaycan Respublikasında işə cəlb olunması
Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri (bundan sonra -hüquqi və fiziki şəxslər) əcnəbiləri Azərbaycan Respublikasında i şə cəlb edə bilərlərəHüquqi və fiziki şəxslər əcnəbi işçi qüvvəsini cəlb etmək üçün qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə almalıdırlar.
Hüquqi və fiziki şəxslər icazəəsasında i şə cəlb etdikləri əcnəbiləri yalnız öz yanlarında işlə təmin etməli və bu barədə əcnəbilərlə əmək müqaviləsi ba ğlamalıdırlar.əcnəbi öz ölkəsini tərk etməzdən əvvəl həmin müqavilənin bir nüsxəsi ona çatdırılmalıdır.əcnəbilərin, başqa hüquqi və ya fiziki şəxsin yanında işlə təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında i şə cəlb olunmasına yol verilmir. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin rəhbərləri və onların müavinləri vəzifələrinə cəlb olunan əcnəbilər, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilər üçün icazə alınması tələb olunmur.i [1]
Hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb etdikləri əcnəbilər, həmçinin onlarla əmək müqaviləsinin ba ğlanması və pozulması haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər.

M a d də 6 əcnəbilərin əmək fəaliyyəti
əcnəbilər haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə (bundan sonra - fərdi icazə) aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilərlər.
əcnəbilər fərdi icazələrin alınması ilə ba ğlı müvafiq icra hakimiyyəti orqanına, onları işə qəbul etmək istəyən hüquqi və fiziki şəxslər vasitəsilə müraciət etməlidirlər.
Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin rəhbərləri və onların müavinləri vəzifələrinə cəlb olunan əcnəbilər, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilər üçün fərdi icazə alınması tələb olunmur.

M a d də 7 Azərbaycan Respublikasında əməkçi miqrantın hüquqi vəziyyəti əQanuni əsaslarla Azərbaycan Respublikasına gələn və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə alan əcnəbilər əməkçi miqrant hesab edilirlər.

M a d də 8 əməkçi miqrantın Azərbaycan Respublikasına gəlməsi, qalması və qayıtması
əməkçi miqrantın Azərbaycan Respublikasına gəlməsi, qalması və qayıtması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Hüquqi və fiziki şəxslər tərəfindən i şə cəlb olunan əcnəbiqanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasına gələ bilər.ii [2]
əməkçi miqranta fərdi icazənin qüvvədə oldu ğu müddətə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilir.iii [3]
əməkçi miqrant qanunvericiliklə müəyyən olunmuş qaydada əmək müqaviləsini pozmaq və Azərbaycan Respublikasını azad tərk etmək hüququna malikdir.
Fərdi icazənin müddəti bitdikdə və ya əmək müqaviləsi pozulduqda əməkçi miqrant Azərbaycan Respublikasını tərk etməlidir.əmək müqaviləsi əməkçi miqrantdan asılı olmayan səbəblərdən vaxtından əvvəl pozulduqda əməkçi miqrantın və onun ailə üzvlərinin geriyə qayıtması ilə ba ğlı xərclər onu i şə qəbul edən hüquqi və ya fiziki şəxs tərəfindən ödənilirə əməkçi miqrant bu Qanunun müddəaları pozulmaqla Azərbaycan respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda Azərbaycan Respublikasından çıxarılır vəəməkçi miqrantın və onun ailə üzvlərinin geriyə qayıtması ilə ba ğlı xərclər onu i şə qəbul edən hüquqi və ya fiziki şəxs tərəfindən ödənilir.

M a d də 9 əcnəbilərin Azərbaycan Respublikasına təkrar əmək miqrasiyası
əcnəbinin Azərbaycan Respublikasına əmək miqrasiyasına təkrar icazə,əcnəbi Azərbaycan Respublikasında axırıncı əmək fəaliyyətinin başa çatdı ğı gündən etibarən 1 ildən az olmayan müddətdə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqdan sonra verilə bilər.

M a d də 10 əməkçi miqrantların və onların ailə üzvlərinin sosial müdafiəsi əməkçi miqrantları və onların ailə üzvləri müvafiq olaraq,əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvləri üçün müvafiq qanunvericiliklə nəzərdə tutulmuş eyni sosial müdafiə hüquqlarına (pensiya təminatı istisna olmaqla) malikdirlərə əməkçi miqrantların və onların ailə üzvlərinin pensiya təminatı Azərbaycan Respublikasının ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələri ilə tənzimlənirə Hüquqi və ya fiziki şəxslərləəməkçi miqrant arasında ba ğlanan əmək müqavilələrində əməkçi miqrantın sosial müdafiəsinin yaxşılaşdırılmasına şərait yaradan digər şərtlər nəzərdə tutula bilərə əməkçi miqrantların ailələri ilə birləş mələrinə məhdudiyyət qoyulması qadağandır.

M a d də 11 əmək miqrasiyası kvotası
əcnəbilərin Azərbaycan Respublikasına əmək miqrasiyasını tənzimləmək məqsədi ilə əmək miqrasiyası kvotası tətbiq edilir. əmək miqrasiyası kvotası immiqrasiya kvotasının tərkib hissəsidir. Onun müəyyən edilməsi və tətbiqi immiqrasiya kvotasının müəyyən edilməsi və tətbiqi qaydasında həyata keçirilir.

I I I fəs i l

AZƏRBAYCAN RESPUBLİKASI VƏ TƏNDAŞLARININ XARİCİ ÖLKƏLƏR ƏMƏK MİQRASİYASI

M a d də 12 Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdəəmək
fəaliyyəti
18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
Azərbaycan Respublikası vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi yolla xarici ölkələrdə i şə düzələ bilərlər.
Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliklərində qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd
təqdim etməlidirlərəAzərbaycan Respublikasının diplomatik nümayəndəlikləri bu barədə 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.
xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri olmadıqda, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər.

M a d də 13 Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik
Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə i şə düzəlmələrində vasitəçilik edə bilərlərə Hüquqi şəxslər bu sahədə fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi razılıq almalıdırlar.
Vasitəçilik fəaliyyətini həyata keçirməyə hüquq verən xüsusi razılıq almış hüquqi şəxslər, onların xarici ölkələrin hüquqi və ya fiziki şəxsləri ilə ba ğladıqları müqavilələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra həmin
müqavilələr əsasında Azərbaycan Respublikası vətəndaşlarını xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər.
Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə ba ğladıqları müqavilələrdə və təklif olunan əmək müqavilələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara müvafiq təmin
olunması nəzərdə tutulmalıdır.
Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər təklif olunan əmək müqaviləsinin bir nüsxəsinin,əməkçi miqrant Azərbaycan Respublikasını tərk etməzdən əvvəl ona çatdırılmasını təmin etməlidirlərəVasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin göstərdikləri xidmətə görəəməkçi miqrantlardan haqq almalarına yol verilmir.
Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan Respublikası vətəndaşları haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verirlərə.Fiziki şəxslərin bu sahədə fəaliyyət göstərmələri qada ğandır.

M a d də 1 4 Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə əmək miqrasiyasının məhdudlaşdırılması
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrəəmək miqrasiyasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı -ayrı ixtisaslar üzrə müvəqqəti məhdudiyyətlər qoyula bilər.

IV fəsil
ƏMƏK MİQRASİYASININ TƏNZİMLƏNMƏSİ

M a d də 15 əmək miqrasiyasının dövlət tənzimi
Dövlət, əməkçi miqrantların Azərbaycan Respublikasında i şə cəlb olunmasına kvota tətbiq edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə i şə düzəlmələrində vasitəçilik fəaliyyətinə icazə verilməsi,əcnəbilərin hüquqi və fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasında i şə cəlb edilməsinə xüsusi razılıq vəəcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi yolu ilə, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi iləəmək
miqrasiyasını tənzimləyir.iv[4]
Müvafiq icra hakimiyyəti orqanı əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin qanuniliyinə, onların sosial müdafiəsinin təmin olunmasına, hüquqi və fiziki şəxslərin əmək miqrasiyası sahəsindəki fəaliyyətinə nəzarəti həyata keçirir.

M a d də 16 əmək miqrasiyası ilə ba ğlı icazələr
Azərbaycan Respublikası ərazisindəəcnəbi işçi qüvvəsini cəlb etmək və ondan istifadə etmək üçün icazənin,əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin və hüquqi şəxslərin Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə i şə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılı ğın verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.v[5]
Fərdi icazələrin müddəti 1 ildən çox olmamalıdırəFərdi icazələr, onların verilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilə və ya 4 dəfədən çox olmamaqla onların müddəti uzadıla bilər.
Bu Qanunda nəzərdə tutulan xüsusi razılıqlar, onların verilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilə, qüvvəsi müvəqqəti dayandırıla və ya müddəti uzadıla bilər.
Azərbaycan Respublikasında əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilər haqqında məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat -axtarış sisteminə daxil edilir.vi[6]

M a d də 17 əmək miqrasiyası ilə ba ğlı rüsumlar
Hüquqi və fiziki şəxslər,əcnəbilərin Azərbaycan Respublikasında i şə cəlb edilməsinə icazənin vəəcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə i şə düzəlmələrində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər isə bu fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılı ğın əalınmasına və müddətinin uzadılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəyirlər.vii[7]

M a d də 18 əməkçi miqrantın qazandı ğı vəsaitin,əl alətlərinin və daşınan avadanlıqların gətirilməsi və çıxarılması
əməkçi miqrantın qazandı ğı vəsaitin və bu vəsaitləəldə etdiyi əş yaların, məişət avadanlıqlarının, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlərin,əməkçi miqrant əmək fəaliyyətinə başladıqda vəəmək fəaliyyəti sona çatdıqda Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılmasına görə rüsum ödənilmir.

M a d də 19 əməkçi miqrantın gəlirlərindən ödəmələr
Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla fəaliyyət göstərən əməkçi miqrant Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş vergiləri ödəyirə əməkçi miqrantın gəlirlərinin ikiqat vəəlavə vergiyə cəlb olunması qadağandır.

M a d də 20 Sərhədyanı əmək miqrasiyası
Sərhədyanı əmək miqrasiyası Azərbaycan Respublikasının dövlətlərarası beynəlxalq müqavilələri ilə tənzimlənirəBelə müqavilələrin sərhədyanı əmək miqrasiyası ilə bağlı müddəaları yalnız Azərbaycan Respublikasının sərhədyanı yaşayış məntəqələrinəşamil edilirə. Bu maddənin müddəaları istisna olmaqla bu Qanunla müəyyən edilən qaydalar sərhədyanı əmək miqrasiyasına şamil edilmir.

M a d də 21 Daxili əmək miqrasiyası
Daxili əmək miqrasiyası Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
Bu maddənin müddəaları istisna olmaqla, bu Qanunla müəyyən edilən qaydalar daxili əmək miqrasiyasına şamil edilmir.

M a d də 22 Bu Qanunun pozulmasına görə məsuliyyət
Hüquqi və fiziki şəxslər bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLIYEV
Bakı şəhəri, 28 oktyabr 1999 -cu il
№ 724 -IQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

19 oktyabr 2007 -ci il tarixli 429 -IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007 -ci il, № 10, maddə 938)
22 oktyabr 2008 -ci il tarixli 694 -IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 31 oktyabr 2008 -ci il, № 243, Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2008 -ci il, №10, maddə 886 )
3ə30 iyun 2009 -cu il tarixli 858 -IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 22 iyul 2009 -cu il, № 158)


QANUNA EDİLM İŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

i[1] 9 oktyabr 2007 -ci il tarixli 429 -IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007 -ci il, № 10, maddə 938) ilə 5 -ci maddənin birinci -üçüncü hissələrində "xüsusi razılıq " sözləri "icazə" sözü iləəvəz edilmişdir.

ii[2] 30 iyun 2009 -cu il tarixli 858 -IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 22 iyul 2009 -cu il, № 158) ilə 8 -ci maddəsinin ikinci hissədə “, müvafiq icra hakimiyyəti orqanının fərdi icazəəsasında verdiyi Azərbaycan Respublikasında əmək fəaliyyətini həyata keçirməyə hüquq verən viza ilə” sözləri “qanunla müəyyən olunmuş qaydada” sözləri iləəvəz edilmişdir.
iii[3] 30 iyun 2009 -cu il tarixli 858 -IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 22 iyul 2009 -cu il, № 158) ilə 8 -ci maddəsinin üçüncü hissə yeni redaksiyada verilmişdirəəvvəlki redaksiyada deyilirdi: əməkçi miqrantın Azərbaycan Respublikasında qalmasına hüquq verən qanunvericilikdə nəzərdə tutulan sənədlər fərdi icazənin qüvvədə oldu ğu müddətə verilirir
iv[4] 9 oktyabr 2007 -ci il tarixli 429 -IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007 -ci il, № 10, maddə 938) ilə 15 -ci maddənin birinci hissəsində "xüsusi razılıq " sözləri "icazə" sözü iləəvəz edilmişdir.
v[5] 9 oktyabr 2007 -ci il tarixli 429 -IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007 -ci il, № 10, maddə 938) ilə 16 -cı maddənin birinci hissəsində "xüsusi razılı ğın " sözləri "icazənin " sözü iləəvəz edilmişdir.
vi[6] 2 oktyabr 2008 -ci il tarixli 694 -IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 31 oktyabr 2008 -ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2008 -ci il, № 10, maddə 886) ilə 16 -cı maddəsinə yeni məzmunda dördüncü hissəəlavə
edilmişdir.
vii[7] 9 oktyabr 2007 -ci il tarixli 429 -IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007 -ci il, № 10, maddə 938) ilə 17 -ci maddədə "xüsusi razılı ğın " sözləri "icazənin " sözü iləəvəz edilmişdir.