Dövlət Miqrasiya Xidməti təxribat təhlükəsindən narahatdır

Dövlət Miqrasiya Xidməti təxribat təhlükəsindən narahatdır

Son zamanlar miqrasiya sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı qəsdən müxtəlif məzmunlu şayiələr yayılaraq, Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında əsassız narazılıq yaratmaq cəhdləri müşahidə olunur...

ANAMA və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) arasında yanvarın 25-də əməkdaşlıq sazişi imzalanıb. Trend-in məlumatına görə, saziş ANAMA direktoru Nazim İsmayılov və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak tərəfindən imzalanıb. Əməkdaşlıq sazişinin bağlanması ilə ANAMA və BMqT mina aksiyası üzrə həyata keçirilən əlaqələri rəsmiləşdirib...

Azərbaycanda miqrasiya sahəsində çalışanlar üçün yeni medallar təsis olunur

Azərbaycanda miqrasiya sahəsində çalışanlar üçün yeni medallar təsis olunurMilli Məclisin bu gün keçirilən iclasında "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar "Orden və medalların təsis edilməsi haqqında" qanuna dəyişiklik edilib. Trend-in məlumatına görə, layihə səsverməyə çıxarılaraq qəbul olunub...

Azərbaycanda əcnəbi vətəndaşların əmək istismarına məruz qalması müəyyən olunub

Əcnəbi vətəndaşların Azərbaycanda əmək istismarına məruz qaldığı müəyyənləşib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən bildirilib. Məlumata görə, aprelin 5-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının Masallı Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində - Moldova Respublikası vətəndaşı olan qadının 2011-ci ilin sentyabr ayından etibarən Masallı rayonu, Alvadı kəndində fərdi yaşayış evində əmək istismarına məruz qalması faktı müəyyən edilib...

Bakıda “Miqrantların qeydiyyat problemləri” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Miqrantların qeydiyyat problemləri” mövzusunda dəyirmi masa keçirilibAzərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi “Miqrantların qeydiyyat problemləri” mövzusunda dəyirmi masa keçirib. Təşkilatın sədri Nadir Abdullayev deyib ki, bu gün dünya əhalisinin 3 faizi miqrantdır və bu problem Azərbaycandan da yan keçməyib. O, hazırda Azərbaycanda Çin, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən çoxlu sayda miqrantın məskunlaşdığını deyib: “Əldə olunan rəsmi məlumatlara görə, ölkənin 970 müəssisəsində rəsmi olaraq 8166 əmək miqrantı çalışır. Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətində 1000 çinli miqrant qeydiyyatdan keçsə də, ekspertlər bu rəqəmin 6 dəfə çox olduğunu deyirlər”...