Miqrantlar “gömrük inqilabı” edəcəklər

Yeni mövsümdə Rusiyaya işləmək üçün gedən ermənilərin ilk partiyası artıq Gürcüstan-Rusiya sərhədində yerləşən ilişib. Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

Ermənilərin Yuxarı Lars keçid məntəqəsini keçə bilməməsinin səbəbi isə Rusiyada ötən ilin sonlarında qəbul olunan yeni miqrant qanunudur. Qanuna görə, miqranlar 180 gün ərzində yalnız 90 gün Rusiya ərazisində ola bilərlər.

Ermənistan Milli Təhlükəsizlik Şurasının rəhbəri Artur Baqdasaryan yeni qanunla bağlı rusiyalı həmkarı Nikolay Patruşevə məktub yazıb. Məktubda Ermənistanın Gömrük Şurasına qəbul olmasına qədər miqrant qanununda ermənilərlər bağlı xüsusi güzətşlərin edilməsi xahiş edilir. “Qraparak” qəzetinə görə, Ermənistan hakimiyyəti faktiki olaraq bu məktubla Gömrük Şurası haqqında başıbəlalı müqavilənin imzalanmasına qədər ölkədə narazı insanların çıxa biləcəyini göstərir.

“Rusiyada qazanmağa məcbur edilən insanlar yeni qanuna görə bunu edə bilməyəcəklər.Ermənistanda “kritik kütlə” yarana bilər. Sayı on minlərlə olan bu insanlar Ermənistanda öz ailələrini saxlamaq üsulunu tapa bilmirlər. Prinsip etibarilə onların itirəcəyi heç nə yoxdur. Baş nazir Tiqran Sarkisyan “zarafat” etdi ki, emiqrasiyanı qayıdanların inqilab etməməsi üçün dayandırmırlar. Əslində emiqrasiyanı yalnız ona görə dayandırmırlar ki, biz çoxdan Rusiya ilə ümumi iqtisadi və siyasi sahədə yaşayırıq və miqrantların əməyi bizim ümumi iqtisadiyyata “töhfəmizdir”, – qəzet kinayə ilə hakimiyyətin siyasətini şərh edir.

Qəzet ehtimal ki, N.Patruşev Artur Baqdasaryana cavabında alicənablıq göstərərək Rusiyanın Ermənistan vətəndaşlarına kömək edəcəyi, onları işsizlik və aclıqdan “xilas edəcəyi”ni bildirəcək.

“Qurtuluşun ” yeganə metodu kimi Gömrük Şurasına Ermənistanın üzvlüyü göstəriləcək. Güman etmək olar ki, yaxın vaxtlarda Rusiya onlarla erməni miqrantı buraxmayacaq və ya deportasiya edəcək. Amma Tiqran Sarkisyan güman edir ki, bu sosial inqilaba və hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq. Amma bu əsl “gömrük inqilabı” olacaq. Onlarla minlərlə insan küçəyə çıxacaq və Gömrük Şurası ilə müqaviləni tezliklə imzalamağı tələb edəcəklər. Ən yaxşı arqument budur, Gömrük Şurasına üzvlük “cəmiyyətin tələbi “dir”, – “Qraparak” qəzeti İrəvanın Rusiyanın qəbul etdiyi yeni miqrant qanunundan faydalanacağını bildirir.

/Publika.az/