Miqrasiya Könüllüləri “DOST” kubokunu qazandılar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin nəzdində ilk DOST Mərkəzinin fəaliyyətə başlamasının 100 günü münasibətilə “Kim? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Turnirdə dövlət qurumları, gənclər təşkilatları, media nümayəndələri, QHT-lər, həmçinin pensiyaçılar və əlilliyi olan şəxslərdən ibarət ümumilikdə 49 komanda mübarizəyə qoşulub. Turnir 3 turdan ibarət olub. Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Könüllüləri” gənclərin yarışında ən yüksək nəticə göstərərək “DOST” kubokuna layiq görülüblər.
Miqrasiya Könüllüləri ümumi komandalar arasında da mükafat əldə ediblər. Belə ki, könüllülərimiz 3 turun nəticələrinə əsasən, yalnız İqtisadiyyat Nazirliyi və Həmkarlar İttifaqları Konfederasiyasının kollektivlərindən geri qalaraq turnirin bürünc medallarını qazanıblar. Gənclərimizi təbrik edirik.

Dövlət Miqrasiya Xidməti