Morninqstar: Təmas xəttində hər bir insan itkisi faciədir

“Münaqişə birdəfəlik nizamlanmalıdır”…

“Münaqişə birdəfəlik nizamlanmalıdır”.

ABŞ da daxil olmaqla ATƏT-in Minsk qrupu həmsədrləri çox səylə çalışır ki, təmas xəttində gərginlik artmasın, cəbhədə atəşkəsin pozulması halları baş verməsin.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiriRiçard Morninqstar deyib.

Səfir qeyd edib ki, bu məsələdən narahat olduğunu dəfələrlə bəyan edib:

“Mən dəfələrlə qeyd etmişəm, bir daha vurğulamaq istəyirəm ki, təmas xəttində hər bir insan itkisi faciədir. Bunun qarşısı alınmalı, belə hallara yol verilməməlidir. Bunu təmin etmək üçün isə münaqişə birdəfəlik nizamlanmalıdır. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

www.oxu.az