Möshin Pakayin: İran regiondakı münaqişələrin həlli üçün vasitəçilik edə bilər

İranın Azərbaycan və Ermənistanla yaxşı münasibəti var. Hər iki ölkə ilə münasibətlərin yaxşı olması İran üçün bir növ imtiyazdır, belə ki lazım gələrsə, regionda sülhün təmin edilməsi və münaqişələrin qarşısının alınması üçün vasitəçilik etsin. Bunu Trend-ə müsahibəsində İranın Azərbaycandakı səfiri Möshin Pakayin deyib.

 

Pakayin bildirib ki, İran Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində Azərbaycan və İran arasında vasitəçilik etməyə hazırdır…

İranın Azərbaycan və Ermənistanla yaxşı münasibəti var. Hər iki ölkə ilə münasibətlərin yaxşı olması İran üçün bir növ imtiyazdır, belə ki lazım gələrsə, regionda sülhün təmin edilməsi və münaqişələrin qarşısının alınması üçün vasitəçilik etsin. Bunu Trend-ə müsahibəsində İranın Azərbaycandakı səfiri Möshin Pakayin deyib.

 

Pakayin bildirib ki, İran Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində Azərbaycan və İran arasında vasitəçilik etməyə hazırdır.

 

Səfirin sözlərinə görə, Minsk qrupunun həmsədrləri uzun illərdir Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışır.

“Lakin biz düşünürük ki, onlar bu yolda uğur qazanmayıblar. Minsk qrupu ölkələri münaqişəni həll etmək istəmirlər və onun daha da uzanmasında maraqlıdırlar “, – Pakayin bildirib.

 

Səfirin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli Minsk qrupu ölkələri üçün prioritet məsələ deyil. Onun sözlərinə görə, İran münaqişənin uzanmasını regionun təhlükəsizliyi üçün faydalı hesab etmir, elə bu baxımdan da vasitəçilik etmək istəyir.

 

“Münaqişə tərəfləri istəsələr, İran vasitəçi olmağa və münaqişənin həlli planını təqdim etməyə hazırdır “, – səfir qeyd edib.

 

/Trend/