Moskva müharibə üçün arxa cəbhəni “təmizləyir” – Şok iddia

“Rusiya zəbt edilmiş Krımın Herson vilayəti ilə sərhədində hərbi mövcudluğunu gücləndirir və tatarlara yarımadanı tərk etməyi məsləhət görür”…

“Rusiya zəbt edilmiş Krımın Herson vilayəti ilə sərhədində hərbi mövcudluğunu gücləndirir və tatarlara yarımadanı tərk etməyi məsləhət görür”.

 

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri “Azadlıq” radiosuna müsahibəsində Krım tatarlarının lideri Mustafa Cəmilov deyib.

 

“Krım tatarlarına təklif edirlər ki, bu ərazini tərk etsinlər. Səbəb isə çox aydındır. Çünki onlar ehtiyat edirlər ki, hərbi hərəkətlər olacağı halda Krım tatarları Ukrayna güclərinə kömək edəcəklər “, – M.Cəmilov bildirib.

 

/Publika/