Moskvada keçirilən reyd zamanı 700-ə yaxın miqrant saxlanılıb

Rusiya paytaxtının Lyublino rayonundakı “Moskva” ticarət mərkəzində polisin keçirdiyi reyd zamanı 700-ə yaxın miqrant saxlanılıb…

Rusiya paytaxtının Lyublino rayonundakı “Moskva” ticarət mərkəzində polisin keçirdiyi reyd zamanı 700-ə yaxın miqrant saxlanılıb.

 

 

Saxlanılan şəxslərin miqrasiya qanunvericiliyini pozub-pozmadıqları və baş vermiş cinayətlərdə iştirak edib-etmədikləri araşdırılacaq. Ticarət mərkəzindəki əməliyyatla yanaşı, ətrafdakı binaların mənzillərində də yoxlama aparılıb.

 

Xatırladaq ki, polis eyni yerdə ötən həftə də reyd keçirmişdi.(APA)