Mübariz Əhmədoğlu: Dünya erməniliyinin maksimalizmini bir dəfə sındırmış Azərbaycan rəhbərliyi onu yenə sındıra bilər

Macarıstanda baş vermiş Qurqen Marqaryan-Ramil Səfərov hadisəsinin 10 illiyi Ermənistan ictimai-siyasi mühitinin diqqətindədir…

Macarıstanda baş vermiş Qurqen Marqaryan-Ramil Səfərov hadisəsinin 10 illiyi Ermənistan ictimai-siyasi mühitinin diqqətindədir. Azərbaycanı və beynəlxalq ictimaiyyəti qınayırlar, amma öz günahlarını etiraf etmək istəmirlər. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

 

M.Əhmədoğlu bildirib ki, bu hadisədə Ermənistanın kriminallaşmış ordusunun yetirməsi olan zabit Q.Marqaryanın hədsiz qıcıqlandırıcı və təhqirli davranışını görmək istəmirlər: “Erməninin kriminal, tərbiyəsi və savadsız olması erməni üçün normal haldır. Q.Marqaryan bu obraza uyğun gəlir. Ermənilərin ikinci ən böyük səhvi Macarıstanın istintaq və ədliyyə sisteminə müdaxilələri idi. İstintaq və məhkəmə prosesinə müdaxilələr olmasaydı, R.Səfərova 8-10 il iş verilə bilərdi. Ermənilərin müdaxiləsi nəticəsində R.Səfərova ömürlük həbs cəzası verildi. Ermənilər hətta ömürlük həbs cəzasına malik R.Səfərovun apelyasiya hüququna da müdaxilə etdilər. Məhkəmə R.Səfərova 25 ildən sonra apelyasiya ərizəsi vermək hüququ verirdi. Ermənilər isə tələb edirdilər ki, bu müddət 30 il olmalıdır. Ermənistan dövləti, Macarıstandakı erməni diasporu, Avropa və ABŞ-dakı erməni təşkilatları, bir sözlə bütün dünya erməniliyi R.Səfərovun ömürlük həbsdə qalmasında birgə fəaliyyət göstərirdilər. Bunun erməni maksimalizmindən başqa adı yoxdur. Azərbaycanı daha çox narahat edən də bu idi. Haçansa erməni maksimalizmi zərbə almalı idi. Prezident İlham Əliyevin bu istiqamətdəki siyasəti təkcə Azərbaycan zabitini azadlığa çıxarmadı. Onun fəaliyyətinin daha böyük missiyası erməni maksimalizminin sındırılması ilə bağlı idi. Bu dünya erməniliyinin tarixində ilk dəfə baş verdi “.

 

Politoloq bildirib ki, Dağlıq Qarabağ tənzimlənməsində də ermənilərin mövqeyi maksimalist mövqedir: “Ermənilərin iddialarına görə Dağlıq Qarabağ, ətraf 7 rayon və hətta Azərbaycanın qalan əraziləri ermənilərə məxsusdur. İran, Rusiya, ABŞ və.s ermənilərin müttəfiqidir; Erməni maksimalzmi o səviyyədəfir ki, hətta bəziləri “Türkiyə gündə 3 dəfə ermənilərə elçi göndərir ki, gəl müttəfiq olub, Azərbaycanı dağıdaq desə də, ermənilər hələ qəbul etməyiblər ” – fikrinin daşıyıcılarıdır. İrandan başqa heç bir dövlət ermənilərin müttəfiqi deyil. Türkiyədəki nurçular müəyyən aktivlik nümayiş etdirsələr də, onların da sonudur. Nurçuluğun sona yetməsi ilə erməniliyin daha bir təzahür forması məhv olub sıradan çıxacaq. Erməni maksimalizmi sınmaq, bəlkə də darmadağın olmaq ərəfəsindədir. Tarix elə gətirib ki, dünya erməniliyini idarə edənlər millətçilik xəstəliyinin təsiri nəticəsində ən küt və bacarıqsız adamlardır. S.Sarkisyan, S.Ohanyan tez-tez erməniliklərini yada salıb, millətlərinə xas olan dildə – təhqirlə, söyüşlə danışırlar “.

 

M.Əhmədoğlunun sözlərinə görə, S.Sarkisyan Azərbaycan vətəndaşı olub: “Bəlkə indi də Azərbaycan vətəndaşıdır. Əlikram Hümbətov da Azərbaycan vətəndaşı olub. Amma sonradan vətəndaşlıqdan qovuldu. Əlikram Hümbətovu yenidən Ermənistana dəvət edib, onun başına gələnləri öyrənməsini S.Sərkisyana məsləhət edirik. Ə.Hümbətov son anadək elə başa düşürdü ki, Heydər Əliyevin gücü yoxdur, nədənsə çəkinir, nədənsə qorxur və “Talış-Muğan Respublikası ” ilə məşğul ola bilməyəcək. Lənkəranda mitinq iştirakçılarına güllə atılanda başa düşdü ki, uduzub. İndi S.Sarkisyanın davranışı eynilə Ə.Hümbətovun son dövrlərini xatırladır. İndi Azərbaycan o vaxta nisbətən daha da güclənib və daha təkmil variantda prosesləri idarə edir.

 

S.Sərkisyana ikinci məsləhətim də var: Zəngəzuru Azərbaycana qaytarsın, qalan Ermənistan onun. Zəngəzur, Dağlıq Qarabağ və Səlim aşırımının adını dəyişməklə bu torpaqların tarixi Azərbaycan torpaqları olduğunu unutdura bilməyəcək. Apardığı siyasət Ermənistanın ətrafında elə geosiyasi burulğan yaradıb ki, Ermənistan və min il ərzində yaradılmış saxta tarix göyə sovrulacaq. Ermənistanın yeganə xilas yolu Azərbaycana yalvarmasındadır. Erməni maksimalizmi sınandan sonra onsuz da yalvaracaqlar “.

/Trend/